Kamçatkada qəzaya uğramış Mİ-8 helikopterinin qəzaya uğradlğı yerdə bir neçə turistin cəsədi aşkarlanıb.
Bu barədə məlumatı Rusiya FHN-nin Mətbuat xidməti yayıb. Bildirilir ki, cəsədlər Kuril gölünün dərinliyinə enmiş helikopterin yanında aşkar olunub.
Qeyd edək ki, göyərtəsində turistlərin olduğu təyyarə bir neçə gün əvvəl Kuril gölünə düşüb. Helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub. Bu şəxslərdən 7-si sərnişin, 1-i isə ekipaj üzvüdür./qafqazinfo
7NEWS.Az








