RU
“Həmin xanımı da...” - Roza haqqında yayılanları inkar etdi
14:30
327

“Həmin xanımı da...” - Roza haqqında yayılanları inkar etdi

Müğənni Roza Zərgərli "Tərəqqi” medalı alması ilə bağlı xəbəri təkzib edib. 

7News.Az xəbər verir ki, xanım sənətçi bu haqda sosial şəbəkədə yazıb:

"Əzizlərim təbrik üçün təşəkkür edirəm, amma Allahverdiyeva Roza Cəmil qızının haqqına girmiş olursunuz. Çünki əziz media nümayəndələri, məlumat mənə aid deyil, sadəcə adımız, soyadımız eynidir. Sadəcə həmin xanım Cəmil qızı və mən Zərgər qızıyam. Həmin xanımı da təbrik edirəm və Namiq Məna, səni təbrik edirəm, əzizim. Sənin simanda bütün təltif olunanları da təbrik edirəm, hər birinizə uğurlar”. 

Qeyd edək ki, dünən Prezident İlham Əliyev "Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında” sərəncam imzalayıb. "Tərəqqi” medalı ilə təltif edilənlər arasında Allahverdiyeva Roza Cəmil qızı və Əliyev Namiq Həsən oğlu da olub.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ