RU
Həmkəndlisini öldürən şəxsin cinayət işi məhkəməyə göndərillib
21:00
1334

Həmkəndlisini öldürən şəxsin cinayət işi məhkəməyə göndərillib

Cəlilabadda həmkəndlisini öldürən şəxsin cinayət işi məhkəməyə göndərillib.

Cəlilabad Rayon Prokurorluğundan 7NEWS.Az-a verilən məlumata görə, ötən il dekabrın 4-də Sabirabad kənd sakini, 1999-cu il təvəllüdlü Vüsal Əliyevin yaşadığı kənd ərazisində bıçaqla xəsarət yetirilməsi nəticəsində xəstəxanada ölməsi faktı ilə bağlı prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.
İstintaqla müəyyən edilib ki, zərərçəkmişin həmkəndlisi 1976-cı il təvəllüdlü Akif Heydərov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Vüsal Əliyevə sağ bud nahiyəsindən bıçaqla xəsarət yetirmiş, sonuncu aldığı xəsarətdən aparıldığı xəstəxanada ölüb.
Toplanmış kifayət qədər sübutlar əsasında Akif Heydərova Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilmiş və barəsində həbs qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün aidiyyatı üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ