ARB TV-nin "Show News” verilişinin növbəti müğənni Manaf Ağayev olub.
"Ölkə.Az" xəbər verir ki, sənətçi, geyiminə fikir verməyən həmkarları haqqında sərt danışıb:
"Kimsə bambılıdısa o necə kostyum geyinə bilər, qalustuk taxa bilər? Hər oxumağın öz geyimi var. Maşında gündəlik geyinirəm, amma səhnədə həmişə klassik kostyum geyinirəm. Sevirəm, çünki, şəxsiyyətli görünürsən, həm də xasiyyətə uyğun geyinirəm. Geyimə çox önəm verən adamam. Heç kim də məni geyindirmir, özümün gözü, ağlı var. Bütün günü qara kostyum, ağ köynək geyinmək də düzgün deyil. O zaman elə bilirlər ki, bir dənə kostyumun var. Müğənniyik, fərqli olmalıyıq”.








