RU
16:20
591

"Hər gün bir sevgilim olacaq" -Məşhur müğənninin bu sözləri hər kəsi təəccübləndirdi

Koronavirus epidemiyası səbəbiylə günlərdir evini tərk etməyən Ebru Polat karantindən sonra həyatı sevmək üçün yaşayacağını deyib.

7News.Az xəbər verir ki, sosial media hesabından etdiyi paylaşımlarla diqqətləri üzərinə çəkən Ebru Polat, Türkiyədə koronavirusun yayılması səbəbiylə günlərdir evindən çölə çıxmır.

Özünü evdə karantinə alan Ebru Polat, sosial media hesabında tez-tez izləyiciləri ilə görüşür. Polatın son açıqlaması, xüsusən də İnstaqram hesabındakı izləyicilərini təəccübləndirib.

Belə ki, onun "Məlum oldu ki, şəxsi həyat da çox vacib bir şeydir. Karantindən çıxaq, hər gün bir sevgilim olacaq. Cümə, şənbə və bazar günləri konsertlərdə olacam. Qalan günlərin hər birində yeni bir sevgilimlə istirahət edəcəm. İllərdir sevgilimin olmamasını, sadəcə işlə məşğul olmağımın əvəzini belə çıxacağam" sözləri hər kəsi təəccübləndirib.







7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ