RU
Hər kəs Sumqayıtdakı zibilyığan bu uşaqlardan danışır - VİDEO
14:16
459

Hər kəs Sumqayıtdakı zibilyığan bu uşaqlardan danışır - VİDEO

Sumqayıtda çəkilən bu kadrlar sosial şəbəkədə geniş müzakirə edilir.

7News.az xəbər verir ki, 3 uşağın zibil qutularından sellofan torbalar və butulka toplaması sakinlərdən birinin diqqətini çəkib. O, uşaqlara yaxınlaşaraq hansı səbəbdən bu işlə məşğul olduqlarını soruşub. Uşaqlar qardaş olduqlarını, evdə yalnız ataları işlədiyi, həm də kirayə qaldıqlarından dolayı çətinlik çəkdiklərini bildiriblər. 
 
Onlar sellofan paket, butulka kimi əşyaları zibil qutularından yığaraq atalarına verdiklərini, daha sonra atasının həmin əşyaları satdığını söyləyiblər.
 
Azyaşlıların bu cür istismar edilməsi sosial şəbəkədə qınanılıb. Eyni zamanda bu cür antisanitariya şəraitində uşaqların paket toplaması insanları hiddətləndirib.//baku.ws

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ