"Hər şeyi qurban verdim, təki o istəyən kimi olsun..." - Oksana keçmiş ərindən danışdı
Rəqqasə Oksana Rəsulova "Xəzər Tv" də yayımlanan "Şən bazar" verilişində qonaq olub.
7News.Az xəbər verir ki, veriliş zamanı aparıcı Zümrüd Bədəlova rəqqasəyə "ailə qurduqdan sonra insan yaradıcılıqdan uzaqlaşırmı?" sualını ünvanlayıb.
Oksana cavabında bildirib ki, ailə qurmaq sənət insanına çox təsir edir:
"Məndə elə bir dönəm oldu. Ümumiyyətlə deyirdim ki, bu sənət mənə lazım deyil. Ancaq ailəm olsun. Mən özümü hər şeyə qurban vermişdim. Hətta dostlarıma, ətrafıma qədər hər şeyi qurban verdim ki, təki o istəyən kimi olsun. Ən pisi isə o bunu istəmirdi, mən istəyirdim ki, belə olsun. Fikirləşirdim ki, fədakarlıq məndən olsun. Amma bir müddət keçəndən sonra insan layiq olduğu dəyəri görməyəndə öz-özün danlayır. Özündən soruşursan ki, "dəyərmi bu qədər fədakarlığa?" Təbii ki, dəyənlər də olur. Amma çox az insan olur. Mən belə şeylərə çox pis oluram. Ortada uşaq olarsa ümumiyyətlə çətindir".
Qeyd edək ki, Oksana Rəsulova reper Elşad Xose ilə ailəli olub ayrılıblar.