7News.Az xəbər verir ki, instaqram hesabında şəkil paylaşan müğənni hər kəsin qəzəbinə tuş gəlib. Belə ki, Nəfəs marketdə alış-veriş zamanı istifadə olunan arabanın içində oturaraq şəkil çəkdirib.
Fotonu görən hər kəz ona sərt reaksiya göstərərək müğənnini tənqid ediblər.
"Camaat o arabaya ərzaq yığır, siz ayaqqabı ilə oturmusunuz", "Koronavirus vaxtı bu nə hərəkətdir, arabanın içinə girmisiniz" deyə şərhlər yazılıb.
Daha sonra Nəfəs fotoya gələn şərh bölümünü bağlayıb.

7News.Az








