RU
lombard
Hərbi cinayətlərə görə təzminat necə hesablanır? - İqtisadçı alim
20:17
354

Hərbi cinayətlərə görə təzminat necə hesablanır? - İqtisadçı alim

"Ermənilər indi də Laçın rayonunda evləri, inzibati tikililəri yandırır, meşələri məhv edirlər. Əslində, onlar öz evlərini deyil, 28 il öncə işğal nəticəsində mənimsədikləri və istifadə etdikləri bizim evlərimizi yandırırlar. O evlərdə 1993-cü ilədək Azərbaycanlılar yaşayırdılar. İşğaldan sonra orada qeyri-leqal məskunlaşan ermənilər indi də Laçın rayonunu ciddi ziyan vurmaqla tərk edirlər”.

7news.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib. O bildirib ki, Ermənistan hakimiyyəti bu hərbi cinayətlərin dairəsini hələlik tam təsəvvür edə bilmir və ya etmək istəmir:

"Amma bütün əvvəlki oxşar hərbi cinayətlərin araşdırılması göstərir ki, söhbət böyük məbləğdə təzminat tələbi və ödənilməsindən gedir. Artıq dünyanın aparıcı media qurumları da işğaldan azad olunmuş və Ermənistan tərəfindən varvarcasına dağıdılan şəhərlərimizi Xirosima ilə müqayisə edirlər. Bu, məhz hərbi cinayətin miqyasını göstərən müqayisələrdəndir”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ