RU
Bakıda sevgilisinin 108 minini oğurlayan ərəb həbs olundu
17:20
28

Bakıda sevgilisinin 108 minini oğurlayan ərəb həbs olundu

Bakının Səbail rayonu, Nizami küçəsində fəaliyyət göstərən "Bağdad” ərəb restoranının administratoru Məhəmməd Alazereji həbs olunub.

7News.Az Xitab24.az-a istinadla xəbər verir ki, 37 yaşlı şəxs azərbaycanlı sevgilisinin evindən külli miqdarda pul və qızıl-zinət əşyaları oğurlamaqda ittiham olunub.

Məlum olub ki, Məhəmməd Alazereji sevgilisinin Türkiyədə olduğundan istifadə edərək, onun Bakının Nizami rayonu, Qara Qarayev prospektində yerləşən mənzilindən 108 min manatlıq oğurluq edib.

Qadın hadisədən xəbər tutduqdan sonra polisə məlumat verib. Polisin araşdırması nəticəsində cinayət əməlinin məhz onun sevgilisi tərəfindən törədildiyi üzə çıxıb.

Qeyd edək ki, 1999-cu il təvəllüdlü M. Azazereji bu əməlinə görə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ