Türkiyənin ATV kanalında yayımlanan "Hercai” serialının ulduzları evlənib.
Ekran işində Azat obrazını canlandıran Ahmet Tansu Taşanlar və Gönül xarakterinə həyat verən Oya Unustası ailə qurub.
Dünən Ankarada baş tutan toyda cütlüyün nikah şahidləri Engin Akyürek ilə Toygar Işıklı olub.
Bir çox məşhur simanın iştirak etdiyi toyun görüntüləri sosial şəbəkələrdə paylaşılıb.













