7News.az xəbər verir ki, Misirdə altı nəfərdən ibarət bir dəstə, hərəkətdə olan soyuducu sistemli yük maşınının (yarımqoşqulu avtomobilin) yanına öz nəqliyyat vasitələri ilə yaxınlaşaraq 105 kiloqram dondurulmuş toyuq əti oğurlayıb. Digər sürücülərin xəbərdarlığından sonra yük maşınının sürücüsü oğurluq barədə polisə məlumat verib. Şübhəlilərə qarşı keçirilən əməliyyat zamanı üç nəfər həlak olub, daha üç nəfər isə ələ keçirilib.








