RU
Hicran Hüseynova sakinlərlə görüşə helikopterlə getdi
12:41
336

Hicran Hüseynova sakinlərlə görüşə helikopterlə getdi

Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova sakinlərlə görüşə helikopterlə gedib.

7News.Az-ın unikal.org-a istinadən verdiyi məlumata görə, H.Hüseynovanın olduğu helikopter Ağdam Olimpiya İdman Kompleksinin stadionuna eniş edib. Komitə sədrini Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov qarşılayıb.

Xəbəri Ağdam rayon İcra Hakimiyyətindən Unikal.org-a təsdiqləyiblər.

Xatırladaq ki, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bu gün Ağdam, Bərdə və Tərtər rayonundan olan vətəndaşlarla görüşəcək.
 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ