RU
Hindistanda hərbi karvana hücum olub, polkovnik və ailəsi öldürülüb
19:00
2909

Hindistanda hərbi karvana hücum olub, polkovnik və ailəsi öldürülüb

Hindistanın şimal-şərqindəki Manipur əyalətində hərbi quru qoşunların karvanına hücum olub.

7NEWS.Az TASS-a istinadən xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Hücum nəticəsində quru qoşunlarının polkovniki, onun həyat yoldaşı və oğlu, həmçinin daha dörd hərbçi öldürülüb.

Hücumun baş verdiyi yer mühasirəyə alınıb. Ekstremistlərin axtarışı davam edir.

7NEWS.Az 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ