RU
Hindistanda mafiya lideri küçədə baltalanaraq öldürüldü - Video
19:08
19

Hindistanda mafiya lideri küçədə baltalanaraq öldürüldü - Video

Hindistanda 25 yaşlı mafiya lideri Vijay Bajiya küçənin ortasında baltalanaraq öldürülüb.

Bu barədə Oxu.Az NDTV-yə istinadən xəbər verir.

Hadisənin 2019-cu ildə qətlə yetirilən şəxsin övladları tərəfindən intiqam məqsədilə törədildiyi məlum olub.

Beş min nəfərlik cinayətkar qruplaşmaya rəhbərlik edən Bajiya əsasən yoxsul vətəndaşları döyərək bu videoları sosial şəbəkələrdə yayması ilə tanınırdı. Onun barəsində ikisi qətl olmaqla, ümumilikdə 15 cinayət işi mövcud idi.

 

Qruplaşma rəhbərinin idarə etdiyi avtomobilin dövlət nömrə nişanı qəsdən "0302" olaraq seçildiyi bildirilir. Bu rəqəm Hindistanın əvvəlki cinayət məcəlləsində qətlə görə cəzanı müəyyən edən maddəni ifadə edir və xüsusi olaraq insanlarda qorxu yaratmaq məqsədi daşıyır.

Cinayət hadisəsi Hindistanın Jaypur şəhərində qeydə alınıb. Pikap tipli avtomobil Bajiyanın "Toyota Fortuner" maşınına çırpıldıqdan sonra o, maşından düşərək qaçmağa cəhd edib. Lakin hücum edən şəxslər onu küçədə yaxalayaraq balta ilə öldürüblər.

Hadisə şahidləri baş verənləri ətrafdakı binaların damından mobil telefon vasitəsilə lentə alıblar. Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən hadisə ilə bağlı dörd şübhəli şəxs saxlanılıb.

Polisin rəsmi məlumatına əsasən, bu silahlı hücum illər öncə qətlə yetirilmiş Kailaş adlı şəxsin qisasını almaq məqsədi ilə əvvəlcədən planlaşdırılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ