Hindistanda yazda 47 dərəcə temperatur müşahidə olunur
7News.az xəbər verir ki, dünən Hindistanın əksər bölgələrində temperatur 40 ilə 48 dərəcə arasında dəyişib. Uttar Pradeş ştatının Banda rayonunda qeydə alınan ən yüksək temperatur 47,6 dərəcə Selsi olub. Hindistanın idarə etdiyi Cammu və Kəşmir, Ladax, Puduçerri və digər 7 ştatda da temperatur mövsümi ortalamadan 5 dərəcə yüksək olub.