Döyüş filmlərinin ulduzu, Hollivudun məşhur aktrisası Mila Yovoviç ilk dəfə rus dilində paylaşım edib.
7News.Az xəbər verir ki, cazibədarlığı ilə əks cinsin nümayəndələrini ovsunlayan Mila evində müxtəlif bitkilər əkib.
Bitkilərin şəkillərini sosial media hesabında paylaşan Yovoviç bunları yazıb:
"Toxum yetişdirməyə başladığım yer çox əyləncəlidir. Son bir neçə həftə içərisində otlar və yeni cücərmiş bəzi pomidor sortlarını əkdim. Bu gün bu fidanların bir hissəsini böyük qablara köçürəcəm ki, küçədə əkməzdən əvvəl güclənsinlər”.
Xatırladaq ki, rejissor Pol Andersonla evli olan Milanın 12 yaşlı Eva və 4 yaşlı Daşiyel adlı iki qız övladı var.
7News.Az








