7News.az xəbər verir ki, İranla gərginlik və Hörmüz boğazının faktiki olaraq bağlanması qlobal ticarət yollarında əsaslı dəyişikliklərə səbəb olub. Panama Kanalı İdarəsinin (ACP) maliyyə direktoru Viktor Vial oktyabr ayından bu yana kanaldan keçən gəmilərin sayının keçən ilin eyni dövrü ilə müqayisədə təxminən 300 ədəd artdığını açıqlayıb.








