Rəqqasə Fatimə Fətəliyeva efirdə göz yaşlarını saxlaya bilməyib.
7News.Az-ın məlumatına görə, sənətçi "Bizimləsən" verilişinə kömək üçün gələn 7 yaşlı Emil adlı uşağa dəstəyə gəlib. Fatimə bildirib ki, Emil üçün əlindən gələni edəcək:
"Efirdə ona baxanda bütün ailəmiz ağladı. Balaca Hüseynim belə ağlayırdı. Onu tək qoymayacağıq".