RU
Husilər Ər-Riyad hava limanını ballistik raketlə vurduqlarını iddia ediblər
11:10
32

Husilər Ər-Riyad hava limanını ballistik raketlə vurduqlarını iddia ediblər

Yəmənin "Ənsar Allah” hərəkatının husiləri Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yerləşən Kral Xalid Beynəlxalq Hava Limanına ballistik raketlə zərbə endirdiklərini iddia ediblər.

Bunu hərəkatın hərbi nümayəndəsi Yəhya Səriya "Telegram” kanalında açıqlayıb.

"Silahlı qüvvələrimiz Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanını ballistik raketlə vurmağa nail olub”, – o bildirib.

Səriyanın iddiasına görə, raketin birbaşa hədəfə dəyməsi nəticəsində Səudiyyə Ərəbistanının paytaxtındakı hava limanında uçuşlar dayandırılıb.

Husilərin nümayəndəsi beynəlxalq aviaşirkətləri Səudiyyə Ərəbistanının hava məkanından istifadə etməməyə çağırıb.

O, müsəlmanlar üçün müqəddəs sayılan Məkkə və Mədinə şəhərləri istisna olmaqla, krallığın hava məkanının "hərbi əməliyyatlar zonasına çevrildiyini” iddia edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ