Bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilən dostu – aktyor və aparıcı Mehmet Ali Erbili ziyarətə gələn türkiyəli məşhur müğənni İbrahim Tatlıses maraqlı açıqlamalar verib.
Qardaş ölkə mətbuatına istinadən xəbər verir ki, xəstəxanaya həmkarı Hülya Avşarla birgə üz tutan ifaçı əvvəlcə aktyorun vəziyyəti ilə bağlı məlumat verib:
"Allah onu bizə bağışlasın, çox məyus oldum. O mənim üçün kişi kimi kişidir. Burada yaxşı xəbərlər aldıq. Arzum onun ayağa qalxıb aramızda olmasıdır”.
Daha sonra bəzi sənət əhli ilə bağlı şok sözlər deyən İ. Tatlıses onların vəfasızlığından gileylənib:
"Məni əsasən iki nəfər tanıyır. Bunlardan biri Hülya, digəri isə Sibel Candır. Sibel Canın səsini də çox sevirəm. O, kişi kimi kişidir. Bunlar mənim əsl dostlarım, digərləri isə sevmədiyim tiplərdir. Ətraf bunlarla doludur, düyü kimi seçə bilmirsən. Heç kimə ehtiyacım yoxdur, amma biz belə tərbiyə almamışıq. İnsan yalandan da olsa, bir hal-əhval soruşar. Hamı çox tərbiyəsizləşib”.
İbrahim Tatlıses sonda sevənləri üçün sürpriz açıqlama da verib. Yaxın vaxtlarda yeni mahnı təqdim edəcəyini deyən "İmperator” ləqəbli müğənni səhnə ilə bağlı layihələrinin olduğunu da bildirib./primetime

7News.Az