RU
İcazəsiz ov edən şəxslər saxlanıldılar
16:14
320

İcazəsiz ov edən şəxslər saxlanıldılar

Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, "Qara təpə" və Xızı rayonu Yaşma Quşçuluq Təsərrüfatı ərazilərində icazəsiz ov edən şəxslər saxlanılıb.

Nazirlikdən 7News.Az-a bildirilib ki, araşdırma zamanı ov edənlərin Sumqayıt şəhər sakini Şahin Qədimov və Bakı şəhər sakini Teymur Əliyev olduğu müəyyən edilib.

Faktla bağlı təqsirkarlar barəsində protokol tərtib olunub və hər biri 1000 manat məbləğində cərimələnib.
 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ