Yasamal rayonu, Mətbuat prospekti, Ovçular evinin yaxınlığındakı ağaclar məhv edilib.
7News.az xəbər verir ki, icra başçısı İbrahim Mehdiyevin tapşırığı ilə sözügedən ərazidəki 20-yə yaxın ağac ağır teknika tərəfindən məhv edilib. Ətrafdakı sakinlərin etirazına baxmayaraq, bir neçə dəqiqəyə bütün ağaclar kökündən çıxardılıb. Sakinlərin sözlərinə görə həmin ərazidə yüksəkmərtəbəli bina inşa ediləcək. //AZXEBER.COM
Həmin görüntüləri təqdim edirik:








