RU
İlham Əliyev və Nikol Paşinyan TRIPP marşrutunun icrasını müzakirə ediblər
13:50
32

İlham Əliyev və Nikol Paşinyan TRIPP marşrutunun icrasını müzakirə ediblər


Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün baş tutan telefon danışığında Vaşinqtonda əldə edilmiş razılaşmalara uyğun olaraq TRIPP marşrutunun icrası ilə bağlı fikir mübadiləsi aparıblar.

Tərəflər sülh prosesinin irəlilədilməsi və regionda davamlı sülhün, sabitliyin, o cümlədən bağlantıların və iqtisadi əməkdaşlığın təmin olunması istiqamətində səylərin davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Qeyd edək ki, Azərbaycan Prezidentinin mətbuat xidmətinin məlumatına görə, avqustun 8-də Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ