Xalq artisti İlhamə Quliyevanın oğulluğu Orxan Nadirov anasının yoxluğu ilə hələ də barışa bilmir.
Sosial şəbəkədə anası haqqında yazan Orxan bunları deyib:
"Sənsiz mənə çox çətindir. Sən mənə həmişə arxa-dayaq olmusan. Bu gün sənin yoxluğun mənə çox əziyyət verir. Sənsiz çox darıxıram. Sənsiz bu həyat boş gəlir. Sənsiz həyatımı təsəvvür edə bilmirdim, amma indi sənsizəm. Etibarsız dünya məni səndən ayırdı. Yəqin ki, nə vaxtsa görüşəcəyik. O günü çox səbirsizliklə gözləyirəm. Sən mənim yeganə ümidim idin".
7News.az








