RU
Çin əhalisinə vurduğu peyvənddən daha çoxunu satıb
01:00
1078

Çin əhalisinə vurduğu peyvənddən daha çoxunu satıb

Çin koronavirusa qarşı ölkə daxilində kütləvi vaksinasiya kampaniyasında tətbiq olunan peyvəndlərdən daha çoxunu ixrac edib.

"Qafqazinfo” xəbər verir ki, bu barədə məlumat "South China Morning Post” qəzetində yayımlanıb.

Bildirilib ki, fevralın 9-u tarixinə olan məlumata görə, ölkədə 40 milyon 520 min vaksin vurulduğu halda, xaricə 46 milyon doz peyvənd ixrac olunub.

 

Çində bugünədək 175 milyon 320 min vaksin vurulub ki, bununla ölkə ABŞ-dan sonra ən çox peyvənd istifadə edən ikinci ölkədir. Əhalinin sayına görə vaksinasiya sayı baxımından isə Çin altıncı yerdə qərarlaşıb.

Hər 100 nəfərə tətbiq olunan peyvənd sayı İsraildə 74,4, BƏƏ-də 51,1, İngiltərədə 23, ABŞ-da isə 15,8-ə çatdığı halda, Çində bu rəqəm 2,8-dir.

İxrac edilən vaksin sayının ölkədə tətbiq ediləndən çox olması Pekin administrasiyasının peyvəndləmədən daha çox "vaksin diplomatiyasına” üstünlük verməsinə dair tənqidlərə səbəb olub.

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ