RU
Çin XİN ABŞ-la münasibətlərin kursdan kənara çıxdığını açıqlayıb
10:30
186

Çin XİN ABŞ-la münasibətlərin kursdan kənara çıxdığını açıqlayıb

Çin hakimiyyəti hesab edir ki, ABŞ-ın dövlət katibi Entoni Blinkenin Çinlə bağlı "ümumi beynəlxalq nizama ən ciddi çağırış” kimi bəyanatı iki ölkə arasında münasibətlərin kursundan ciddi şəkildə kənara çıxdığını göstərir.

Bunu Çinin xarici işlər naziri Van İ deyib.

O qeyd edib ki, ÇXR Birləşmiş Ştatların subyektiv təsəvvür etdiyi kimi deyil.

"Biz islahatların təşviqinə və açıqlığın gücləndirilməsinə kömək edirik, daha da yüksək səviyyədə qarşılıqlı faydalı əməkdaşlığa çalışırıq. Çin daha da yaxşı olacaq və dünya buna görə daha da gözəlləşəcək”, - deyə nazir bildirib.

Onun fikrincə, reallıqda Vaşinqton artıq beynəlxalq nizamın sabitliyinin pozulmasının əsas səbəbkarına çevrilib, beynəlxalq münasibətlərin demokratikləşməsinə maneəyə çevrilib./report

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ