RU
Çində koronavirusa yoluxma halları yenidən artır
15:50
2066

Çində koronavirusa yoluxma halları yenidən artır

Çində koronavirusa yoluxma halları artmağa başlayıb.

7News.Az "İnterfaks”a istinadən xəbər verir ki, ötən sutka Çində COVID-19-a ölkədaxili 93 yeni yoluxma faktı qeydə alınıb.

Son sutka ərzində ümumi yoluxma halının 35-i Heihe şəhərində qeydə alınıb. Bu şəhəri Rusiyanın Blaqoveşenks şəhəri ilə Amur çayı ayırır.

 

Qeyd edək ki, noyabrın 1-i Çində 54, oktyabrın 31-i 59, oktyabrın 30-u isə 48 yeni yoluxma faktı qeydə alınıb. Ümumilikdə isə Çində ölkədaxili yoluxma halları oktyabrın 17-dən başlayaraq artmağa başlayıb.

ÇİN KİV-i qeyd edir ki, ölkə rəhbərliyinin tətbiq etdiyi sərt məhdudiyətlərə baxmayaraq yeni halların coğrafiyası genişlənir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ