"Uzun müddət kiminləsə birlikdə olmaq elə evlənmək kimi bir şeydir. Amma gələcəkdə münasibətimizi rəsmiləşdirə də bilərəm".
Ötən il əkiz övladları - Lyusi və Nikolas dünyaya gələn sənətçi ata olduqdan sonra çox dəyişdiyini vurğulayıb:
"Ata olmaq gözəl hissdir. Bu, dünyada ən gözəl hisslərdən biridir. Ata olduqdan sonra çox dəyişdim. İndi avtomobili daha asta sürürəm. Eləmək istədiyim axmaq hərəkətləri qabaqcadan bir neçə dəfə düşünürəm. İndi daha məsuliyyətliyəm".
İqlesias Anna ilə münasibətlərinə də toxunub. O, zamanlarını daha çox uşaqlara ayırdıqlarını, lakin buna baxmayaraq sevgilisi ilə əvvəlkindən daha çox sekslə məşğul olduğunu bildirib.










