RU
İndoneziya G20 sammitində Putinlə Zelenskinin görüşünə ümid edir
14:50
235

İndoneziya G20 sammitində Putinlə Zelenskinin görüşünə ümid edir

İndoneziyada 15-16 noyabr tarixlərində keçiriləcək G20 sammitində iştirak üçün dəvət olunan ölkə liderlərinin heç biri dəvətdən imtina etməyib və biz ümidvarıq ki, bütün liderlər gələcəklər.

7NEWS.Az TASS-a istinadən xəbər verir ki, bunu İndoneziyanın Rusiyadakı səfiri Xose Tavares deyib.
"Rəsmi Cakarta sammitə Rusiya Prezidenti Vladimir Putinin də dəvət olunmasına etiraz etmək fikrində deyil. İndoneziya Prezidenti Joko Vidodo bütün liderlərə, Vladimir Putinə dəvətləri göndərib. Üçüncü ölkələr tərəfindən hər hansı təzyiqlər olunsaydı da, dövlətimizin öz mövqeyi var və biz dəvətləri göndərməklə hər şeyə aydınlıq gətirmişik”, - deyə Tavares vurğulayıb.

Səfir həmçinin qeyd edib ki, ABŞ Prezidenti Co Baydenlə Vladimir Putin arasında G20 sammiti çərçivəsindəki görüş dünyadakı aktual problemlərin həllinə yol aça bilər.

Xose Tavares Rusiya və Ukrayna prezidentlərinin görüşünə də diqqət çəkib: "İndoneziya hesab edir ki, Vladimir Putinlə Ukrayna Prezidenti Vladimir Zelenski arasındakı görüş iki ölkə arasındakı münasibətlərdə "buzun əriməsinə” kömək edər bilər”.
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ