Indoneziya Mədəniyyət Festivalı 2019-cu ilin sentyabr ayında Bakıya gəlir

Indoneziya Mədəniyyət Festivalı 2019-cu ilin sentyabr ayında Bakıya gəlir

İndoneziya Respublikasının Bakıdakı Səfirliyi 4-cü İndoneziya Mədəniyyət Festivalını (İCF) təşkil etməklə, Azərbaycan xalqına dördüncü dəfə şənlik təqdim edəcəkdir. Festival 11 sentyabr 2019-cu il tarixində Heydər Əliyev Sarayında və 13, 14, 15 sentyabr 2019-cu il tarixlərində isə Fəvvarələr meydanında keçiriləcəkdir.

"Hər zaman olduğu kimi, festival bu il də İndoneziyanın ən gözəl və ən parlaq nümunələrini Azərbaycana gətirəcəkdir, istər insanları, istər mədəniyyəti, istərsə də əyləncə və mətbəxi baxımından. Bakı nəinki mədəni çıxışların şahidi olacaq, həm də yeməklərimizi dadmaq və İndoneziyanın gözəlliyindən bir mənzərə əldə etmək imkanı qazanacaqdır. Ən mühüm hissəsi isə odur ki, Bakı, bizim xalqımızı bir qədər daha yaxından tanıyacaqdır."

Festivala İndoneziyanın Təhsil və Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi kimi bir sıra nazirliklərindən nümayəndələr qatılacaq. Eyni zamanda, İndoneziyadan istehlak malları, ev əşyaları və turizm kimi bir neçə sektordan olan iş adamları da gələcəkdir. Musiqi, rəqs və ədəbiyyat sahəsinin ən yaxşı sənətkarları da bu tədbirə qoşulacaqdır. İndoneziya Mədəniyyət Festivalı yalnız mədəni çıxışlardan deyil, həm də Bakı əhalisini bütün istiqamətlərdə qane edəcək, onun marağını təmin edəcək sərgi, işgüzar görüş və ədəbiyyatla bağlı seminardan ibarət olacaqdır. Tədbir, eyni zamanda İndoneziya və Azərbaycan arasında mövcud olan xalqlararası münasibətləri nümayiş etdirir. Beləki, tədbirin bəzi iştirakçıları azərbaycanlılardır, məsələn, Azərbaycan Dillər Universitetinin tələbələri və s. Tədbirə giriş ödənişsizdir.

Yerlərlə bağlı, İndoneziya Respublikasının Səfirliyi ilə əlaqə saxlayın, tel: 012 596 21 68; 597 0514 və ya e-poçt: [email protected]

 

Əlavə məlumatı isə Səfirliyin Feysbuk, İnstaqram və ya www.indofestbaku səhifəsindən əldə edə bilərsiniz.

7News.Az

Xəbər lenti