RU
İndoneziyada dünyanın ən uzun ilanı tapılıb
11:00
66

İndoneziyada dünyanın ən uzun ilanı tapılıb

İndoneziyanın Sulavesi adasında aşkar edilən torlu piton rəsmi olaraq dünyanın ən uzun ilanı kimi tanınıb.

Bu barədə Ginnesin Rekordlar Kitabının saytında məlumat verilib.

"Baronessa" adlandırılan ilan ötən ilin sonunda Maros dairəsində tapılıb. Başından quyruğunun ucuna qədər uzunluğu 7.22 metr, çəkisi isə 96.5 kq olub.

Hazırda "Baronessa" yerli təbiət müdafiəçisinin nəzarəti altındadır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ