7NEWS.az xəbər verir ki, Böyük Britaniyanın Milli Statistika İdarəsinin (ONS) açıqladığı məlumatlara görə, ölkədə inflyasiya martda 3,1 faizdən apreldə 2,3 faizə enib. Bazar gözləntisi enerji qiymətlərinin kəskin azalması səbəbindən inflyasiyanın 2,1 faizə düşəcəyi idi. Aprel ayında ölkədə istehlak qiymətləri aylıq bazda 0,3 faiz artıb.
7NEWS.az








