7News.az xəbər verir ki, Niderlanddakı bir əyləncə parkında, hədəfə havalı tüfəngdən atəş açmağa hazırlaşan bir qadın, işçilərin "gözləyin" göstərişinə məhəl qoymayaraq tətiyi çəkdi. Həmin an təsadüfən başını qaldıran bir qadın işçi tüfəngdən çıxan gülləyə tuş gələrək xəsarət aldı. Məlumata görə, işçi bir gözünün görmə qabiliyyətini itirib. Diqqətçəkən məqam isə odur ki, hadisədən sonra ətrafdakılar olduqca sakit qalıblar.