7News.az xəbər verir ki, Qahirə-Asuan xəttində, sərnişin qatarının bəzi vaqonları relsdən çıxdıqdan sonra, eyni istiqamətdə hərəkət edən başqa bir qatar ona arxadan çırpılıb. Qəza nəticəsində 64 nəfər xəsarət alıb. Hadisə yerinə 52 təcili tibbi yardım maşını göndərilib, hər iki istiqamətdə qatar hərəkəti isə tam dayandırılıb.








