Tramp: Bir saat ərzində məhv edə biləcəyimiz 38 körpü var
7News.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp İranla bağlı yaranmış vəziyyət və yenidən hücum ehtimalı barədə diqqətçəkən açıqlamalar verib. İranın nüvə proqramı və Hörmüz boğazının açılması ilə bağlı danışıqlarda irəliləyiş əldə olunduğu təqdirdə ABŞ-ın İrana yeni zərbə endirməsinin “çox ehtimal olunmadığını” bildirən Tramp deyib: “Əlimizdə bir saat ərzində tamamilə məhv edə biləcəyimiz 38 körpüdən ibarət siyahı var. Əgər zərbə endirsək, onların hamısı dağıdılacaq”.