Ərbildə sel fəlakəti: Küçələr gölə çevrildi, 2 nəfər həlak oldu
7News.az xəbər verir ki, İraqın Ərbil şəhərində gözləniləndən qat-qat şiddətli yağan leysan yağışları şəhər mərkəzini faktiki olaraq gölə çevirib. Evlər və iş yerləri su altında qalıb, nəqliyyat vasitələri yollarda köməksiz vəziyyətdə qalıb. Axtarış-xilasetmə işləri zamanı ekskavator operatoru həyatını itirib, sel sularına qapılan bir uşaq isə boğularaq dünyasını dəyişib.