RU
Çingiz Qənizədənin 3 şirkətini qardaşı Feyruz Qənizadə Aşıralı oğlu idarə edir -FOTO
12:55
765

Çingiz Qənizədənin 3 şirkətini qardaşı Feyruz Qənizadə Aşıralı oğlu idarə edir -FOTO

"Deputatlığa namizəd Çingiz Qənizədənin 3 şirkətini qardaşı Feyruz Qənizadə Aşıralı oğlu idarə edir”. 7news.az xəbər verir ki, bunu tanınmış jurnalist Cavanşir Həsənli özünün Facebook səhifəsində yazıb.  

O bildirib ki, "ARAZ DİZAYN" MMC keçmiş paytaxt prokurorunun biznesində önəmli yer tutur. Onun sözlərinə görə, reyestr məlumatında şirkətin dəqiq ünvan göstərilməsə də, 2006-cı ilin aprelində qeydiyyata alındığı, Binəqədi rayonunda hüquqi qeydiyyatda olduğu qeyd edilib. "Şirkət yaşayış və qeyri-yaşayış binalarının tikintisi ilə məşğuldur”.

Həsənli vurğulayır ki, Qənizadənin şirkəti təkcə, bu deyil. Onun digər şirkəti də, "XƏZƏR TERMİNAL" MMC-dir və 2006-cı ilin aprelində qeydiyyatdan keçib, hüquqi ünvanı Səbail rayonu göstərilib. "Bu şirkətin də fəaliyyəti inşaat biznesini əhatə edir”.

Çingiz Qənizadənin üçüncü şirkətinin adı isə "UNİVERSAL-TƏCHİZAT" MMC-dir. Həsənli qeyd edir ki, şirkət 2007-ci ilin mayından fəaliyyətdədir, Şəki şəhəri, Aydın Məmmədov 43 ünvanında hüquqi qeydiyyatdadır. "Bu şirkət 2010-cu ildən bəri çoxsaylı tenderlərin "qalibi" olub, sifarişlər əldə edib. Qənizadə bu şirkət üzərindən müxtəlif dövlət qurumları üçün tikintidən tutmuş, dəftərxana, təsərrüfat malları, inventar və digər tələbatların təmin edilməsinə qədər "universal" xidmət həyata keçirib. Əsas sifarişçiləri Milli Elmlər Akademiyası, Səhiyyə Nazirliyi və Bakı şəhər İcra Hakimiyyətidir. Məsələn, 2013-cü ildə Baki şəhər İcra Hakimiyyəti başçısının Xarici Əlaqələr və İnvestisiya Proqramları departamentinin sifarişi ilə gül bayramı üçün 7735.55 manatlıq gülü bu şirkət təşkil edib”.

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini öyrənə bilməmişik. Onun da mövqeyini dərc etməyə hazırıq.

 



BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ