“Bu məsuliyyətli bir işin mənə təklif olunduğu üçün təşəkkür edirəm. İnşallah bu lahiyə Azərbaycan incəsənətinə yeni səslər bağışlayar.”
Bu sözləri 7News.Az-a açıqlamasında, xalq artisti Faiq Ağayev deyib.
“The voice of Azerbaijan” (Səs Azərbaycan) yarışmasına münsiflər heyyəti kürsüsünə 4 sənətçidən biri kimi qatılan xalq artisti, bu işdə artıq təcrübəli biri olduğunu vurğulayıb: “Bundan öncə, mən “Yeni ulduz”, “Sehirli pərdə” və digər bu kimi yarışmalarda müsiflər heyyətində olmuşam. Artıq illərdir ki, bu işi bilirəm. Mənim üçün çox xoş oldu ki, beynəlxalq, lisenziyalı və çox gözəl bir lahiyədə yenidən öz təcrübəmdən istifadə edərək, gənclərin yanında olacam. Onlara böyük dəstək olacam.”
Qeyd edək ki, yarışmada əyləşəcək olan digər münsiflər isə, xalq artisti Mübariz Tağıyev, əməkdar artist Manana Caparidze və əməkdar artist Tünzalə Ağayeva olacaq.








