İran ABŞ-ın Küveyt və BƏƏ-dəki bazalarını hədəfə aldığını açıqlayıb.
İran ordusu ABŞ-ın BƏƏ və Küveytdəki bazalarının raketlər və hücum tipli pilotsuz uçuş aparatları ilə vurulduğunu bildirib.
İran ordusunun məlumatında bildirilib ki, Küveytdəki Əhməd əl-Cabir aviabazasında ABŞ ordusuna məxsus peyk rabitəsi sistemləri, avadanlıq anbarları və qırıcı təyyarələrin anqarları raketlər və hücum tipli PUA-larla hədəfə alınıb.
Bildirilib ki, hücumlar nəticəsində rabitə sistemləri və qırıcı təyyarələrin angarlarına ziyan dəyib.
Məlumata görə, əməliyyatın davamında BƏƏ-də yerləşən Əl-Minhad aviabazasında ABŞ hərbçilərinin yerləşmə məntəqələri və radar sistemləri də İran ordusunun raket və PUA-ları ilə hədəfə alınıb.








