RU
İranda 15 milyon nəfər yoxsulluq həddindən aşağı səviyyədə yaşayır
18:40
362

İranda 15 milyon nəfər yoxsulluq həddindən aşağı səviyyədə yaşayır

İranda 15 milyon insan yoxsulluq həddindən aşağı səviyyədə yaşayır.

7News.Az "Amerikanın səsi”nin farsca redaksiyasına istinadən xəbər verir ki, bu barədə İranın Əmək Nazirliyinin açıqlamasında bildirilib.

Məlumata görə, dövlət qulluqçularının minimum əməkhaqqı müzakirə olunur.

"Həmşəhri” qəzeti son günlər əməkhaqqı ilə bağlı məsələnin müzakirəsindən bəhs edərək yazıb ki, inflyasiya nəzərə alınmaqla minimum əməkhaqqı 51 faiz artırılmalıdır.

Qeyd edək ki, İranda yeni ilin (yerli təqvimlə) dövlət büdcəsi müzakirə olunur.

Xatırladaq ki, 2017-ci ilin məlumatına əsasən, ölkə əhalisinin sayı 81 milyon nəfərdir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ