İranda müğənni qadın baş örtüyü olmadan çıxış etdiyinə görə 74 qamçı zərbəsi ilə cəzalandırılıb
7News.az xəbər verir ki, İranda 29 yaşlı müğənni Pərəstu Əhmədi və onun komandasının dörd üzvünə 74 qamçı zərbəsi vurulub. Bu cəza, 2024-cü ilin dekabrında keçirilən və Əhmədinin baş örtüyü olmadan, qara paltarda çıxış etdiyi konsertdən sonra icra olunub. YouTube-da yayımlanan və milyonlarla dəfə izlənilən həmin konsertə görə tətbiq edilən qamçılama cəzası ilə yanaşı, Əhmədi və onun komanda üzvlərinə iki il müddətinə musiqi fəaliyyəti ilə məşğul olmaq və xaricə səyahət etmək qadağan edilib.