Müəllimə iki şagirdə qarşı sui-istifadə hallarına görə həbs edilib
7News.az xəbər verir ki, 65 yaşlı keçmiş kimya müəlliməsi Salli-Enn Bouen, 1980-ci illərin sonlarında İngiltərədəki oğlan məktəbində 14-15 yaşlı iki şagirdə qarşı cinsi xarakterli sui-istifadə halları ilə bağlı yeddi ayrı cinayət əməlində təqsirli bilinib. Onun keçmiş şagirdləri ifadələrində bildiriblər ki, Bouen dərslər zamanı cinsi mövzularda danışır və şagirdlərə qarşı flirt edirdi. Hökmün elan ediləcəyi məhkəmə iclasına gəlməyən Bouen polis tərəfindən saxlanılaraq həbs edilib.