RU
İranda polis bölməsinə hücum olub, 2 nəfər ölüb
20:50
283

İranda polis bölməsinə hücum olub, 2 nəfər ölüb

İranın Xuzestan əyalətinin Zahedan şəhərində polis bölməsinə silahlı hücum olunub.

Naməlum şəxslərin hücumu nəticəsində yoldan keçən bir neçə nəfər və polis əməkdaşları yaralanıb.
Bu hücumdan sonra Sistan və Bəlucistan Təhlükəsizlik Şurası bildiriş yayaraq xalqı sakitliyə dəvət edib və düşmənlərin yaydığı şayiələrə əhəmiyyət verməməyi xahiş edib.

Zahedanda törədilən bu terror aktında çoxlu sayda terrorçu polis bölməsinə hücum edərək atəşə tutub. Məlumatlı mənbənin verdiyi xəbərə görə, bu terror əməliyyatı zamanı çoxlu sayda polis əməkdaşı yaralanıb və Zahedan xəstəxanalarına aparılıb.

Yaralananlar və ölənlərin sayı barədə məlumat verilməyib. Fars agentliyinin məlumatına görə, ən azı 2 nəfər ölüb, onlarla insan yaralanıb

Bu gün Zahedan şəhərində bir yanğınsöndürən maşın, bir təcili yardım stansiyası və bir bank şöbəsi də etirazçılar tərəfindən yandırılıb. Həmçinin naməlum şəxs günorta namazı vaxtı avtobusu namazqılanların üstünə sürüb. Yaralılar var.
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ