İranın Şiraz şəhərindəki Şahçerağ ziyarətgahında terror aktı törədilib.
3 silahlı şəxsin Şahçerağ ziyarətgahına odlu silahla hücumu zamanı ən son məlumatlara görə 15 nəfər ölüb, 40 nəfər yaralanıb.
Hadisənin hansı qruplaşma tərəfindən törədildiyi məlum deyil.
19:11
İranın Şiraz şəhərindəki Şahçerağ ziyarətgahında terror aktı törədilib.
Bu gün yerli vaxtla saat 17:45-də 3 silahlı şəxs Şahçerağ ziyarətgahına odlu silahla hücum edib.
2 terrorçu həbs edilib, 3-cü şəxsin tutulması istiqamətində işlər aparılır.
Bəzi xəbər mənbələri bu terror hücumunda 15 nəfərin öldüyünü, 10 nəfərin yaralandığını bildirir./apa
7NEWS.Az








