RU
İranın iri şəhərlərində su çatışmazlığı problemi yaranıb
18:30
1475

İranın iri şəhərlərində su çatışmazlığı problemi yaranıb

İranda bir çox böyük şəhərlərdə su təchizatında problem var.

Bunu İranın energetika naziri Əli Əkbər Mehrabiyan deyib.
O bildirib ki, Tehran, Məşhəd, İsfahan kimi şəhərləri su çatışmazlığı problemi ilə üzləşir.

Onun sözlərinə görə, bu il sentyabrın ortalarından su sərfiyyatının monitorinqi ilə Tehrandakı abonentlərin suyunun müvəqqəti olaraq kəsilməsi planı gündəmə gətirilib. "İndiyədək bir sıra su istehlakçıların suyu günün müəyyən saatlarında kəsilib və bu proqramın icrası həmin müştərilərin su sərfiyyatını azaltmasına qədər davam etdiriləcək”, - o deyib./apa
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ