Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı növbəti dəfə ölkənin baş naziri Nikol Paşinyanın istefasını tələb edən bəyanatla çıxış edib.
Baş nazir Nikol Paşinyan tələbi rədd edərək hökumət binasının önündə - Respublika meydanında toplanan tərəfdarlarının qarşısına çıxıb.
Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələrinin çoxməqsədli "Su-30" qırıcı təyyarəsi paytaxt Yerevanın üzərində manevrlər edib.
Nikol Paşinyanın istefasını tələb edən etirazçılar bu hadisəni alqışla qarşılayıblar.








