RU
İrina Vereşuk Ukrayna Baş nazirinin müavini təyin olunub
20:30
988

İrina Vereşuk Ukrayna Baş nazirinin müavini təyin olunub

Ukrayna Ali Radası (parlament) bu gün Baş nazirin Reinteqrasiya və müvəqqəti işğal olunmuş ərazilər üzrə müavini postuna yeni namizədin məsələsini müzakirəyə çıxarıb.

Hakim "Xalqın xidmətçisi" partiyasından bu posta namizədliyi irəli sürülən parlamentin təhlükəsizlik və müdafiə komitəsinin sədri Irina Vereşukun namizədliyi təsdiqlənib.

Qeyd edək ki, əvvəl bu postu bugün müdafiə naziri təyin olunan Aleksey Reznikov tuturdu.

Ali Rada bu gün həmçinin daha iki nazir postuna namizədi təsdiqləyib. Bunlar iqtisadiyyat naziri postuna təsdiqlənən Yuliya Siviridenko və strateji sənaye naziri postuna təsdiqlənən Pavlo Ryabikindir. Hər iki namizədi hakim "Xalqın xidmətçisi" partiyası təqdim edib./report
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ