RU
İş adamı Saleh Ağayev “Gənclərin Dostu” Milli Mükafatı ilə təltif olunub
17:57
1254

İş adamı Saleh Ağayev “Gənclərin Dostu” Milli Mükafatı ilə təltif olunub

"İslahatçı Gənclər” İctimai Birliyi "Gənclərin Dostu” Milli Mükafatına layiq görülən şəxs və qurumları açıqlayıb. Qaliblər arasında dövlət məmurları, millət vəkilləri, diplomatlar və iş adamları var.

İş adamı Saleh Ağayev də "Gənclərin Dostu” Milli Mükafatı ilə təltif olunub. Saleh Ağayev gənclərin ideyalarının dəstəklənməsinə, xeyriyyəçilik təşəbbüslərinə verdiyi dəstəyə görə, "Gənclərin Dostu” Milli Mükafatına layiq görülüb.

İş adamı bildirib ki, bundan sonra da dövlətimizin gənclərə olan yüksək diqqət və qayğısına uyğun olaraq, iş adamı kimi gənclərə olan dəstəyini davam etdirəcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ