RU
Konqoda Eboladan bir gündə 26 nəfər öldü - RƏSMİ STATİSTİKA
11:40
43

Konqoda Eboladan bir gündə 26 nəfər öldü - RƏSMİ STATİSTİKA

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusuna təsdiqlənmiş yoluxma hallarının sayı son sutka ərzində 42 nəfər artaraq 1 502-yə çatıb.

Bu barədə ölkənin Rabitə və Mətbuat Nazirliyi məlumat yayıb.

Təhlükəli virusdan həyatını itirənlərin sayı əvvəlki günlə müqayisədə 26 nəfər çox olmaqla 473-ə yüksəlib. Hazırda ölüm göstəricisi 31.4 faiz səviyyəsindədir.

Xəstəxanalarda və tibbi təcridxanalarda 628 xəstə müalicə alır. Bu günədək 213 nəfər tam olaraq sağalıb. Təmasların izlənilməsi göstəricisi 81.8 faizə bərabərdir.

Ebola virusu daşıyıcıları ilə əlaqədə olmuş 11 360 nəfər isə tibbi nəzarət altındadır.

Qeyd edək ki, Ebola virusunun növbəti yayılması mayın 15-də Uqanda və KDR-in şərq hissəsində başlanıb. Epidemiyanın əsas yayılma mərkəzi Konqonun İturi əyalətidir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ